Yasamal rayon İcra Hakimiyyətinin başçısı yerli mağazalarda baxış keçirib – FOTOLAR
Koronavirus pandemiyası şəraitində insanların sağlamlığının qorunması sahəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədi ilə #Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon ərazisində fəaliyyət göstərən bir sıra mağaza və dükanlarda baxış keçirib.
Aktor.Az xəbər verir ki, Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri və Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvləri ilə birgə ərazidə görülən profilaktiki tədbirlərlə tanış olan Elşad Həsənov sakinlərin sosial məsafə, qoruyucu vasitələrdən istifadə və digər zəruri tədbirlərin gözlənilməsinə xüsusi diqqət yetirib. Sahibkarlar və alıçılarla söhbət edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əhalinin toplaşdığı məkanlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə hökmən riayət olunmasına dair tapşırıqlar verib.