“Bunu da etsək, dünya Gürcüstandan danışacaq” – Tengiz Çerçvadze
“Koronavirus hallarının sayına görə Gürcüstan xöşbəxt ölkədir”.InterPress.ge xəbər verir ki, bu haqda Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının direktoru Tenqiz Çerçvadze qeyd edir.
Onun bildirdiyinə görə, Gürcüstan bu vəziyyəti qoruya bilsə, ölkəmiz dünyada nümunə olacaq ölkəyə çevriləcək.
“Dünyanın demək olar ki, hər yerində koronavirusun yeni hallarının sayı çoxdur. Bizdə bu hallar nadir hallarda rast gəlinsə də bizimlə qonşu ölkələrin vəziyyəti ürəkaçan deyil. Avropada bütünlükdə 5-6 ölkə var ki, orada vəziyyət bizimki ilə eynidi. Bunlardır :Macarıstan, Slovakiya, Estoniya, Latviya. Unutmamalıyıq ki, bu ölkələrdə virusun yoluxma sayı azdır, ümumi götürsək ,say çoxluq təşkil edir. Dünyanın 30 ölkəsində Avropa ölkələrində virusun yoluxma sayı artır. Onlar arasında Ukrayna və İngiltərə də var.
Gürcüstan sərhədlərini aça bilsə bu tarixi hadisə olacaq. Bütün dünya bizdən danışacaq və nümunəvi ölkəyə çevriləcəyik. Koronavirusla uğurlu mübarizəmizlə dünya maraqlanır “, – Çerçvadze qeyd edib.
Onun açıqlamasına görə bu prosesdə məsuliyyətli olan hər kəs öz işini layiqincə yerinə yetirdi.
” Bu prosesdə məsuliyyətli olan hər kəs – Xəstəliklərə nəzarət Milli mərkəzi, Səhiyyə nazirliyi, Gürcüstan hökuməti, şəxsən Qiorqi Qaxaria öz işlərini layiqincə yerinə yetirdi. Onlar tərəfindən götürülən bütün ölçülər dəqiq və vaxtında idi”, – deyə Tenqiz Çerçvadze fikirini tamamlayıb.