“İdeyanı Reallaşdır” müsabiqəsinin ilk qalibləri elan edilib

Ölkəmizdə xüsusi karantin rejiminin  tətbiq edildiyi dövrdə sosial təcrid müddətini gənclər üçün daha əyləncəli və faydalı etmək məqsədilə 10 aprel 2020-ci il tarixində Gənclər Fondu gənclərin sosial şəbəkələrdə layihələri və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə dair müsabiqəyə start vermişdi.

Qeyd edək ki, “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi”nin şərtlərinə əsasən, gənclər #evdəqal həştəqinə uyğun şəkildə, sosial şəbəkələr vasitəsilə əyləncəli kontentlər, virtual çağırış aksiyaları, faydalı və maarifləndirici video çarxlar və digər maraqlı təşəbbüslərini təqdim edə bilərdilər.

Müsabiqə boyunca “GəncApp” mobil applikasiyası və Gənclər Fondunun rəsmi internet saytına gənclər tərəfindən yüzlərlə layihə və ideyalar daxil olub.

Müsabiqənin sonuncu mərhələsində – 2 iyul 2020-ci il tarixində “İdeyanı Reallaşdır” müsabiqəsinin qalibi olmuş 15 gəncin adı Gənclər Fondunun rəsmi “facebook” səhifəsində elan edilib.Bu barədə Aktor.Az-a Fonddan daxil olan məlumatda deyilir.

Paylaş: