Pandemiya dövründə Bakı və Quba uşaq hüquqları klinikalarının fəaliyyəti davam edir – FOTOLAR
Uşaqlar arasında riskli davranışa meyillik, hüquqpozuntularının profilaktikası, habelə cinayətin və zorakılığın qurbanı olmuş uşaqların, həmçinin hüquqları pozulmuş uşaqların müdafiəsi üçün pulsuz hüquqi yardım mərkəzləri Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi–Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Quba Regional QHT Resurs Mərkəzinin texniki dəstəyi və Ümidli Gələcək Sosial Təşəbbüslər İB təşəbbüsü ilə artıq 2019-cu ilin oktyabr ayından Bakı və Quba Regional Uşaq Hüquqları Klinikaları öz fəaliyyətini davam etdirir.
Aktor.Az xəbər verir ki, son aylar Koronavirus (COVİD-19) Pandemiyasının Azərbaycanda da yayılması insanların ənənəvi həyat tərzinə təsir etməklə onları dəyişməyə məcbur etmişdir, bununla yanaşı, insanların sağlamlığına və həyatına təhlükə yaratmağa başlamışdır. Xüsusilə bu dövürdə sosial təhlükəli vəziyyətdə olan, yoxsul və problemli ailələrdə yaşayan uşaqlar və onların ailələri müxtəlif sosial xidmət müəssələrini tərk etdikdən sonra müvafiq sosial dayağın və dəstəyin, yaşayış yerinin olmaması, işsizliyin atması, təhsillərini davam etdirə bilməmək və s. bu kimi problemlərlə üzləşiblər. Bu da öz növbəsində bir çox fəsadlarla (məcburi əməyə sövq etmə, insan alveri, yoxsulluq, işsizlik və kriminal həyata sürükləmə, küçə həyatı, riskli davranış, zorakılığa məruz qalma və s.) nəticələnir.
Bu dövrdə də Klinika öz fəaliyyətini dayandırmayıb, çətin şəraitdə yaşayan və hüquqi yardıma ehtiyacı olan uşaqlar və onların ailələrinə Proqram çərçivəsində yanvar-iyun, 2020 ci il ərzində Quba Regional Mərkəzə 63 iş və Bakı Uşaq Hsüquqları Klinikasına isə 284 hüquqi məsələlərə dair müraciətlər və zənglər daxil olmuşdur. Proqram çərçivəsində Karantin dövründə region üzrə əsasən sosial problemlərin həlli istiqamətində olan müraciətlər üstünlük təşkil etməklə, ailələrin sosial-iqtisadi inkişafına, uşaqların səhiyyə, təhsil hüquqlarının pozulması ilə müşahidə edilən və bərpasına yönəlmiş fəaliyyət üztünlük təşkil etmişdir.
Bununla yanaşı Xüsusi Karantin rejimində bir nəçə müvafiq dövlət qurumları fəaliyyətini karantin rejiminde evdən təşkil etməsinə baxmayaraq, onlarla birgə Uşaq Hüquqları Klinikası yetkinlik yaşına çatmayanların və ailələrin (boşanma proseslərində uşaqların maraqlarının müdafiəsi, zorakılığa məruz qalmış və cinayyət törətmiş uşaqların hüquqlarının qorunması, uşaqlara alimentin təyin edilməsi, uşaqalrın valideyn tərəfindən zortakılğa məruz qalması zamanı müdafiəsinin təmini, məktəblərdə uşaqlara qarşı bullinq, azadlıq və şəxsi toxunulmazlıq hüququ, uşaq problemləri ilə bağlı məhkəmə, polis, rayon icra hakimiyyətləri nəzdində yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komisiyalarla əməkdaşlıq və s.) müraciətlərinə əsasən problemlərini hüquqşunaslar tərəfindən araşdırılmış, ilkin hüquqi məsləhətlər verilmiş, hüquqi ərizələrin hazırlanması və müvafiq qurumlara təqdim edilməsi, problemin aradan qaldırılması məqsədi ilə müvafiq qurumlarla əlaqələrin qurulması, uşaq hüquqları haqqında məlumatlandırma, uşaqların hüquqlarının bərpası işləri və online məsləhətləşmələr aparmışdır.
Bununla yanaşı proqram çərçivəsində Klinikada çalışan peşəkar hüquqşunas-vəkil və psixoloq-mütəxəssis tərəfindən ölkədə Uşaq Müdafiəsi istiqamətində fəaliyyət göstərən QHT-lər, hüquq sahəsində təhsil alan tələbələr, hakimlər, vəkillər, tədqiqatçılar, müstəntiqlər, polislər və prokurorluq əməkdaşların, uşaqlarla çalışan praktik hüquqşunasların Bilik və Təcrübəsinin Təkmilləşdirilməsi Tədris Vəsaitinin hazırlanması prosesinə də başlanmışdır.