FotoManşetXəbər xətti

Millət vəkili növbəti videoqəbul həyata keçirib – FOTO

50 saylı Abşeron-Qobustan seçki dairəsindən millət vəkili Şahin Seyizadə iyun ayı ərzində növbəti videoqəbul həyata keçirib.

Aktor.Az  xəbər verir ki, Abşeron (Novxanı kəndi və Saray qəsəbəsi) və Qobustan (Qobustan şəhəri, Nabur, Nərimankənd, Poladlı, Sündü, Xilmilli kəndləri) rayonları üzrə daxil olan təhsil, hüquq, sağlamlıq, sosial, infrastruktur, torpaq və əmlak məsələləri istiqamətli müraciətlər əsasında 9 seçici videoqəbulda iştirak edərək öz müraciətlərini ətraflı səsləndirib.

Pandemiya ilə əlaqədar olaraq seçicilərlə görüşlər xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq və sağlamlığın qorunması məqsədi ilə hal-hazırda onlayn formada zənglər əsasında həyata keçirilir.