Azərbaycanda ŞOK! Cin ailəni talan edir və evi yandıracağı ilə hədələyir — VİDEO

Şəmkir rayonunun Moruq kəndində yaşayan ailə 1 ildir, qeyri-adi varlıq tərəfindən narahat edildiklərini iddia edir.BAKU.WS xəbər verir ki, kömək üçün ATV-nin “Bizimləsən” proqramına üz tutan ev sahibləri Nailə xanım və Bəhnam bəyin sözlərinə görə, cin mütəmadi olaraq onların evinə məktublar atır.

Cin həmin məktublarda ev sahiblərindən pul və qızıl tələb edir. Tələbi yerinə yetirilməzsə, evlərini yandıracağı ilə hədələyir.

Qayınana və qayınatadan başqa evdə oğlu və gəlini yaşayır. Maraqlı məqam budur ki, cin öz məktublarında gəlini müdafiə edir və qayınananı tənbeh edir.

Nailə xanımla Bəhnam bəy deyir ki, evlərində tez-tez itkilər olur. Pul və qızıllar yoxa çıxır. Hətta ərə getmiş qızı onlara qonaq gəlmiş və bu zaman onun da çantasından pul oğurlanmışdı.

“Bizimləsən” proqramı əslində nə baş verdiyini araşdırmağa başlayıb.

 

 

 

Paylaş: