ManşetSiyasətXəbər xətti

İlham Əliyevin Elçibəyin fərariliyi ilə bağlı fikirlərinə tam şərik çıxıram – Eynulla Fətullayev

“İlham Əliyevin daban-56 Əbülfəz Elçibəyin fərariliyi ilə bağlı fikirlərinə tam şərik çıxıram. Əli Kərimlinin mənəvi atası hakimiyyəti təslim edib, gecə yarısı ölkənin dağ kəndinə qaçıb, xalqı və dövləti təhlükə altına atmışdır. Bütün bu faciə gözlərimin önündə canlanır. Amma Heydər Əliyev kimi lider, ələxüsus İlham Əliyev kimi prezident heç zaman qaçmaz və döyüş meydanını tərk etməzdilər”.Bunu jurnalist Eynulla Fətullayev deyib.

“Ona görə də İlham Əliyevə tam inanıram. Sona qədər mübarizə aparan qətiyyətli lider və siyasətçidir. Heç zaman qaçmaz və geri çəkilməz. Sovet mətbəxində gizlənmiş Əli Kərimlinin də “şücaətini” gördük. Komik yumruqları ilə isterik vəziyyətdə meydanda məğrur və döyüşkən Tofiq Yaqublunun kölgəsinə sığınmışdı. Elçibəyin əski (hər iki mənada) bayrağı altında çıxış edən istənilən siyasi qüvvənin Azərbaycanda perspektivi yoxdur. Bu bayraq fərariliyin, uğursuzluğun, əyalət mədəniyyətinin, primitiv siyasətin təcəssümüdür. Məncə, 90-cı iilərin tarixini bu şəkildəki iki duruş əks etdirir. Xarizmatik Əliyev və qorxudan həyacanını gizlədə bilməyən Əbülfəz Əliyev” – E.Fətullayev qeyd edib.