ABŞ PKK və PYD-nin ümidlərini puç etdi – DEPUTAT
Türkiyənin Suriyanın Afrin bölgəsində PYD və YPG əleyhinə keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir.Bu proseslə bağlı millət vəkili, Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov da fikirlərini bildirib.
Aktor.Az həmin şərhi olduğu kimi təqdim edir:
“Türkiyə Afrində 4 həftəlik hərbi əməliyyatlara başlayıb. Rusiya faktiki neytrallıq nümayiş etdirir. ABŞ-ın mövqeyi Türkiyənin məlum addımlarını şərtləndirsə də, son davranşı ilə PKK və PYD-nin ümidlərini puç etməkdədir.Bəşər Əsəd rejimi Türkiyə ilə bağlı hədələyici bəyanatlar versə də, Rusiyanın məlum mövqeyi fonunda bu, imitasiya təsiri bağışlayır.İran hərbi əməliyyatların dayandırılmasına çağırış etsə də, əslində kürd terrorçularının məhvi rəsmi Tehranın da strateji maraqlarına cavab verir.
Beləliklə, ilkin təhlillər göstərir ki, Türkiyənin bu mücadilədə qalib gəlməsi üçün münbit xarici mühit formalaşıbdır. Rəbbim Türkiyəyə kömək olsun!”