Yoluxmaya ən yüksək artım Azərbaycandadır – ÜST rəsmisi
“Hansı ölkələrdə ictimai səhiyyə tədbirləri düzgün şəkildə tətbiq olundusa, həmin ölkələrdə epidemiyanın sürəti azaldı”.Medicina.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib:
“Pandemiya başlayanda daha çox Avropa ölkələrində İtaliya, İspaniya epidemiya mərkəzləri idi. İndi yavaş-yavaş Avropada azalma başlayıb, ancaq dünyanın digər yerlərində artım müşahidə edirik. İctimai səhiyyə tədbirlərini azaldan ölkələrdə də artım görürük.
Qonşu ölkələrə gəldikdə isə, demək olar ki, onların hamısında sabitləşmə mövcuddur, bəzilərində yoluxma sayında artım olur. Son 14 gündə yoluxmada ən yüksək artım Azərbaycandadır.
Virusla mübarizədə uğur qazanan ölkələr buna təsadüfən nail olmadılar. Hansı ölkələrdə ictimai səhiyyə tədbirləri düzgün şəkildə tətbiq olundusa, həmin ölkələrdə epidemiyanın sürəti azaldı. Bu səbəbdən hazırda həmin tədbirlərin ciddi tətbiq edildiyi ölkələrdə, ən azından yavaşlama və ya azalmağa doğru gedişat görülür”.