Gənclər fonduTexnologiyaXəbər xətti

“High Tech” layihəsinə start verilir

Gənclərin Yüksək Texnologiyaya Təşviqi və Əmək Bacarıqlarının İnkişafı layihəsi çərçivəsində 2018-ci ilin ilk “High Tech” layihəsi start verəcək.

Aktor.Az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi həyata keçiriləcək Mikroelektronika və Proqramla İdarə Olunan Sistemlər layihəsi zamanı gənclər 15 günlük nəzəri və praktiki təlimdə iştirak edəcəklər. Bu zaman onlar Mikroelektronikanın təməl biliklərinə yiyələnərək, Arduino tipli platalarda proqramlaşdırma və təməl modelləşdirməni öyərənəcəklər. Daha sonra isə onlar 5 nəfərdən ibrət 3qrupa bölünərək komanda şəklində Mikroelektronika və Arduino biliklərini tətbiq edib robot və proqramla idarə oluna prototiplərini hazırlayacaqlar. Hər komanda uyğun olaraq onlara verilmiş materiallardan istifadə edərək elektronika cihazını dizayn etməlidirlər.

Layihənin qısa təsvirinə əlavə olaraq bildirilir ki, gənclər ödənişsiz olaraq əyani vəsiatlərlə təmin ediləcək və yiyələndikləri nəzəri bilikləri təcrübəyə tətbiq etməyi öyrənərək nəticədə “Kiçik TexnolojiPeşə Dərnəyinin” iştirakçısı olacaqlar.

Layihənin məqsədi kimi bildirilir ki, layihə ilə işləyərək gənclərdə sistemli şəkildə yüksək texnologiyaların dizayn qabiliyyətinin inkişafına nail olmaq və sənayedə tətbiq edilən elektronika cihazlarının işlənib hazırlanmasında yeni addımların atılmasına nail olunacaq.