AzTU-da bakalavrların müdafiəsi başlayıb – FOTO

İyunun 23-dən Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin onlayn müdafiəsi başlayıb.

AzTU-dan Aktor.Az-a bildirilib ki, ilk iclasda universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin müdafiədə iştirak edən 5 tələbəsinin hər biri “əla” qiymət alıb. Dövlət Attestasiya Komissiyasının (DAK) sədri, Müdafiə Sənayesi Nazirliyi “Şərq” Elm-istehsalat birliyinin “İqlim Elm-istehsalat müəssisəsi” MMC-nin direktoru Sabir Abbasov və komissiyanın üzvləri müdafiə prosesinə qoşulub, tələbələrə buraxılış işi ilə bağlı suallar ünvanlayıb.

Onlayn müdafiəni AzTU-nun rektoru Vilayət Vəliyev, dekanlığın və kafedranın əməkdaşları “Zoom” platforması üzərindən canlı izləyib.

 

Paylaş: