ÜST rəhbəri:koronavirusun fəsadları onilliklər hiss ediləcək
Yeni koronavirus infeksiyası və onun yaratdığı böhranların fəsadları onilliklər boyu hiss ediləcək.Aktor.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus virtual sağlamlıq sammitində deyib.
Onun sözlərinə görə, pandemiya təkcə sağlamlıq deyil, həm də iqtisadi və sosial böhranlara səbəb oldu.O ,əlavə edib ki, bəzi ölkələrdə koronavirusun yayılması fonunda siyasi böhran da müşahidə olunur.