Gürcü jurnalist yenə Putini təhqir etdi:“Sən gürcü xalqının…” – VİDEO
Gürcüstanın “Mtavari arxi” kanalının əməkdaşı və televiziya aparıcısı Georgi Qabunia yenidən Rusiya Federasiyasının prezidenti Vladimir Putini ağır şəkildə təhqir edib.
Aktor.Az qonşu ölkənin mediasına istinadən xəbər verir ki, aparıcısı və müəllifi olduğu “Post factum” analitik proqramının 21 iyun buraxılışının sonunda Qabunia canlı efirdən dövlət başçısına müraciət edərək bu sözləri deyib:
“Volodya, əzizim mənim, mən fikirləşdim və belə qərara gəldim ki, sənin qəbrini təhqir etməyim.Doğrudur, mən özümə bu barədə söz vermişdim, amma bunu etməyəcəm.Çünki sən gürcü xalqının heç o yerinə (ifadələr ciddi təhqir mahiyyəti daşıdığı üçün tərcüməsini vermirik – R.) belə layiq deyilsən.
Bu sözlərə qədər aparıcı təhdidlərdən qorxmadığını, düşmən saydığı şəxslərin gülləsindən qəti çəkinmədiyini, onun üçün çeçen xalqının cəsarət simvolunun Ramzan Kadırov deyil, Cövhər Dudayev olduğunu dilə gətirib.
Qeyd edək ki, bir müddət əvvəl Qabunia Rustavi 2 kanalının efirindən Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olmuşdu.