20 Yanvar hadisələri Monteneqronun xəbər portalında – FOTO
20 Yanvar hadisələri Monteneqronun çox oxunulan dijaspora.news xəbər portalında geniş işıqlandırılıb. Diplomatik nümayəndəlikdən Aktor.Az-a verilən məlumata görə, məqalədə 20 Yanvar faciəsinin başvermə səbəbləridən, Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsindən, nümayiş etdirdiyi qəhrəmanlıqdan bəhs edilib.
Bu faciənin ölkəmizin ərazi bütövlüyünə təcavüzün əleyhinə çıxan, azadlıq, müstəqillik uğrunda mücadilə aparan xalqın inamını sarsıtmaq, iradəsini qırıb milli mənliyini məhv etmək məqsədilə törədilmiş qanlı terror aktı olduğunu qeyd olunub və 20 yanvar tarixinin matəm günü olması ilə yanaşı, milli tariximizin şərəfli səhifəsi olduğu bildirilib.