GündəmİqtisadiyyatManşetXəbər xətti

Filial direktoru dənizdə batan uşaqları xilas edərkən həlak olub

“Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik. Ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub”.

Bu barədə “Xalq Bank”dan bildiriblər.

Bildirilir ki, valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif köməyə atılıb. Şahidlərin sözlərinə görə, Yusif uşaqlara üzüb-çataraq onları xilas edib, amma özü həlak olub:

“Yusif olduqca qayğıkeş insan idi. O, mehriban dost, nümunəvi ailə başçısı, dəyərli mütəxəssis, öz işinin peşəkarı idi. Bu gün o, doğulduğu İmişlidə torpağa tapşırıldı. Yusif ailəli idi, iki azyaşlı övladı qaldı.

Xalq Bankın kollektivi Yusifin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir. Bu bizim hamımız üçün ağır itkidir. Yusifin xatirəsi bizim ürəklərdə həmişə yaşayacaq”.