Gürcüstanda koronavirusla bağlı vəziyyət daha yaxşıdır – cəmi 2 yoluxma
Son 24 saat ərzində ölkədə koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb, 11 nəfər isə virusdan tam olaraq sağalıb.
24News.ge xəbər verir ki, bu barədə məlumat hökumətin yaratdığı stopcov.ge saytında qeyd olunub.
Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 898 nəfərə çatıb. Onlardan 752 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 14 nəfər sözügedən virusdan həyatını itirib.
Hazırda ölkə üzrə karantində 2891, stasionar nəzarətdə isə 256 nəfər saxlanılır.