Karantin dövründə sürətli internet üçün mənzil daxilində kabellərdən istifadə etmək məsləhət görüldü
Koronavirus COVİD-19 ilə bağlı 21 iyundan karantinin tətbiqi dövründə mənzil daxildində Wi-Fi şəbəkəsindən istifadə deyil, kabellər vasitəsilə kompüterlərin internetə qoşulması daha məqsədəuyğundur.
Aktor.Az xəbər verir ki, kabellərdən istifadə internetin sürətini orta hesabla 1,5-2 dəfə artıra bilər. Buna səbəb karantin dövründə istifadəçilərin kütləvi şəkildə internetdən istifadə etməsi və mənzillərin modemlərinin Wi-Fi şəbəkələrinin bir-birinə maneçilik törədərək “tezlik tıxaclarının” yaranmasına və simsiz internetin sürətinə mənfi təsiridir. Kabellərdən istifadə bəzi hallarda mənzil daxilində sürəti 60-70 Mpb\s-ə qədər artıra bilər və istifadəçilərə rahat internetdən istifadə imkanı verər.
KATV1 kabel televiziya və intenrnet xidməti operatorunun texniki şöbəsin rəhbəri Pərviz Qədimovun dediyinə görə, evlərdə istifadə edilən hər bir modemdə kabellər vasitəsilə 4-5 stolüstü kompüteri yaxud noutbuku internetə qoşmaq üçün texniki imkan vardır. İnternetin sürrəti ilə bağlı narazıçılıq olursa, operator tərəfindən əlavə xidmət olaraq kabellər təqdim oluna bilər, orta hesabla 10 metrin qiyməti 3 manatdır.
KATV1 nümayəndəsi qeyd etdi ki, diqər magazalardan kabelləri alarkən onların sonluqları da xüsusi jetlər ilə təmin olunmalıdı.
Qeyd etmək lazımdır ki, aprel ayında karantin dövründə istifadəçilər internetdə orta hesabla 8-10 saat “çalışıblar”. Hər abonent (mənzil) isə orta hesabla 200Gb internet sərf edirdi. Qeyri-karantin günlərində bu göstəricilər müvafiq olaraq 4-5 saat və 120 Gb idi. İnternetdə istifadənin kəskin dərəcədə artması da onun sürətinə mənfi təsir edir.
Əlavə kabellərdən istifadə etməklə, istifadəçilər internet sürətini stabilləşdirə bilərlər.