Sərt karantin bazar günündən başlayır – VİDEO
Bu həftənin cümə və şənbə günləri ciddi karantin rejimi tətbiq edilməyəcək.Bu barədə məlumat Operativ Qərargahın brifinqində verilib.
Bildirilib ki, bunun əvəzində bazar günü – 21 iyun saat 00:00-dan başlayaraq iyul ayının 5-i saat 06:00-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.
Bu müddət ərzində vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər.