“Semaşko” bağlandı – SƏBƏB
1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb.Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.
Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:
“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicəsi aparılacaq”.