Gürcüstanda ilk dəfədir ki, gün ərzində koronavirus aşkarlanmayıb
Gürcüstanda koronavirus qeydə alındıqdan sonra ilk dəfə gün ərzində virusa yoluxma baş verməyib.
Bunu Tbilisi infeksiya xəstəxanasının direktoru brifinq zamanı deyib.
İlk dəfə Gürcüstanda koronavirusa yoluxma fevralın 26-da qeydə alınıb.
Bu günədək ölkədə 879 nəfər yoluxub, 14 nəfər ölüb. 724 nəfər sağalıb, 141 nəfərin müalicəsi davam edir.