Bakıda ikimərtəbəli şadlıq evi yanıb
Bakı şəhərinin Xətai rayonunda hər mərtəbəsi 1500 m² olan ikimərtəbəli şadlıq evinin dam örtüyü və damına çəkilən şüşə-pambıq üzlük 50 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.