Teymur Mustafayev koronavirusdan dünyasını dəyişdi – RƏSMİ
“4 iyunda “Yeni Klinika” tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib”.TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, şəxs dərhal reanimasiya şöbəsinə yerləşdirilib:
“Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb”.
Onun sözlərinə görə, həkimlərin səyinə baxmayaraq, xəstədə 11 iyun, saat 15:30-da bioloji ölüm qeydə alınıb.
Qeyd edək ki, Teymur Mustafayev Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.