ManşetXəbər xətti

Aviabiletlərin pulu bu vaxtdan qaytarılacaq – RƏSMİ AÇIQLAMA

“Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən biletinin pulunu geri almaq istəyən sərnişinlər qarşısında bütün öhdəliklər həyata keçiriləcək.Bunu “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

E.Hacıyev qeyd edib ki, bu, uçuşlar bərpa edildikdən sonra 60 gün ərzində mümkün olacaq.

O, həmçinin əlavə edib ki, biletinin vaxtını dəyişdirmək istəyənlərə vauçerlər təqdim ediləcək.