“Heç kim məndən üzr istəməyib” – Polisin “dovşan” dediyi qadın
“Düzdür mənə zəng gəlib, məni ora çağırıblar, ancaq, heç yerə getməmişəm, heç kəsi də bağışlamamışam, üzr istəmə də olmayıb”.Bu sözləri Yeniavaz.com-a açıqlamasında dünən polisin yarıçılpaq şəkildə evindən apardığı Süleymanov Elvinin anası Süleymanova Gülər deyib.
O bildirib ki, bu gün polisdən ona zəng gəlib və onu şöbəyə çağırıblar, ancaq heç yerə getməyib.
Qeyd edək ki, bu gün DİN-dən verilən açıqlamaya görə, Gülər Süleymanovaya qarşı təhqiramiz ifadələr işlədən polis əməkdaşı işdən çıxarılıb və ondan üzr istəyib.
Məlumata görə, Yasamalda polisin başına zibil atanların saxlanması zamanı polis qadına “Dovşansınız, dovşan. Sənin ərin də dovşandır” deyib.