MediaXəbər xətti

“Ləyaqətsiz, insan libasını itirmiş şəxs və ya “Yasamal uşağı”… – Eynulla Fətullayevdən sərt sözlər

“Polisin üstünə zibil atmaq, aşağılamaq yolverilməzdir. Belə vətəndaşlara qarşı ən sərt cəza verilməlidir, ən sərt münasibət sərgilənməlidir”.

Aktor.Az xəbər verir ki, bu fikirləri jurnalist Eynulla Fətullayev bildirib.

Daha sonra o deyib: “Bütün dünya pandemiya rejiminə tabe olur, amma dünyanın gözündə bizi rəzil duruma salan bəzi mədəniyyətsiz, ləyaqətsiz, insan libasını itirmiş şəxs və ya Yasamal uşağı sadə həqiqəti dərk etmək istəmir!

Ölmək istəyirsən, öl! Cəhənnəmə öl! Amma mənim və yaxınlarımın həyatına təhlükə yaradırsan, ay zalım!!! Yoluxacaqsan və camaatı yoluxduracaqsan! Məncə, polis çox yumşaq davranıb! Belə şərəfsiz insanları döyə-döyə həbs etmək lazım idi. Kim sənə haqq verib ki, qanunun tələbini icra edən polisin üstünə zibil atasan???

Bu məsələdə həddən ziyadə sərt və barışmaz olmaq lazımdır!”.