Azərbaycanda çölə çıxmaq daha 3 gün qadağan edilir
Koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanda paytaxt Bakıda və bir sıra bölgələrdə tətbiq edilən həftəsonu “evdə qal” tədbiri bir müddət davam edəcək.
Bu həftə yaşayış yerini və olduğu yeri tərk etməmək şənbə və bazar günlərinə tətbiq edildi. Gələn həftə isə bu qadağanın şənbə-bazar və bazar ertəsi günlərində tətbiq ediləcəyi gözlənilir.
Bazar ertəsi 15 iyun “Qurtuluş günü” – qeyri-iş günü olduğu üçün iyunun 13, 14 və 15-i günlərində “evdə qal” tədbirinin tətbiq olunacağı bildirilir.