KriminalXəbər xətti

Sumqayıtda kütləvi davada öldürülən gəncin – FOTOSU

Ötən gecə Sumqayıt şəhərində baş verən kütəvi davada 2 nəfərin öldürülməsi ilə bağlı xəbər vermişdik.Publika.az xəbər verir ki, hadisə borc pul (təxminən min manat) üstündə baş verib. Şəhər sakini Namiq Rəhimov mübahisə zəminində 1988-ci il təvəllüdlü Zöhrab Qasımovu bıçaqlayaraq öldürüb. Qardaşının öldüyünü görən Tofiq Qasımov isə bıçaqla N.Rəhimovu ürəyindən vurub. Nəticədə 1989-cu il təvəllüdlü N.Rəhimov da ölüb. Kimliyi məlum olmayan şəxs isə T.Qasımova kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir.

31 yaşlı T.Qasımov xəstəxanaya yerləşdirilib. Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasında verilən məlumata görə, onun vəziyyəti stabildir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qətlə yetirilən 31 yaşlı Namiq Rəhimovun fotosunu təqdim edirik.