Xəbər xətti

Məktəb psixoloqları üçün 5 günlük online təlimlər keçirilib

Son aylar Koronavirus (COVID-19) pandemiyasının bütün dünyanın üzləşdiyi qlobal bir probleminə çevrilməsi milyonlarla insanın ənənəvi həyat tərzinə təsir etməklə dəyişməyə məcbur etmişdir, bununla yanaşı insanların sağlamlığına və həyatına təhlükə yaratmağa başladı. Xüsusilə bu dövrdə təhsil ocaqlarının bağlanması (məktəb, baxça, tədris mərkəzlər və s.), uşaq və gənclərin bir birindən izolyasiyası, onların ünsiyyətlərinin məhdudlaşması və nəticədə özünüizolyasiya dövründə psixo-emosional gərginliklərin artması bu istiqamətdə dəstək xidmətinin təkminləşdirilməsinə ehtiyacın olmasını önə çəkdi.

Məhz buna görə də, 2020-ci il May ayından etibarən USAID və UNİCEF Azərbaycan ofisinin dəstəyi ilə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Bilriyi və Psixi Sağlamlıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Təhsil Nazirliyinin texniki köməyi ilə Məktəb Psixoloqları üçün 5 günlük Online Təlimlərə start verildi.

Təlimlərin təşkilində əsas məqsəd  məktəb psixoloqlarının, müəllimlərin, habelə uşaqların, yeniyetmələrın və onların valideynlərinin zehni sağlamlığı, böhran müdaxiləsi sahələrində məlumatlanma və təlimatlanma, məktəb psixoloqları tərəfindən COVİD-19 pandemiyası dövründə məktəblərdə, uşaqlarda və gənclərdə yarana biləcək psixo-emosional problemlərin müəyyənləşdirilməsi və onların profilaktikiası, COVİD19-dan sonra psixi-sağlamlıq problemləri, məktəb heyyətinin və ailələrin mövcud probleminə uyğun psixo-sosial xidmətlərə yönlənməsi və əməkdaşlığı, məktəb psixoloqlarının psixoloji xidmət və reabilitasiya haqqında maariflənməsi, uşaqların karantindən sonra məktəbə uyğunlaşmaları və müvafiq ərazi üzrə yönləndirmə mərkəzləri ilə əməkdaşlığın təşkil edilməsi olmuşdur.

Təlimlərdə Psixi Sağlamlıq Mərkəzinin və Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin bu sahədə uzun müddətli təcrübələrindən istifadə edilir. Təlimlərə Azərbaycan müxtəlif bölgələrində tam orta məkətəblərdə çalışan, xüsusilə ucqar rayaon və kənd məktəblərində fəaliyyət göstərən 40-dan çox məktəb psixoloqları iştirak ediblər.