Azərbaycan at əti ixrac edəcək
Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın iki şirkətinə Gömrük İttifaqı ölkələrinə müxtəlif məhsulları ixrac etmək icazəsi verib.
Müvafiq lisenziyaları “Aqro-İnvest və İstehsalat” və “AZMEAT777” şirkətləri əldə edib.
Qeyd olunur ki, “Aqro-İnvest və İstehsalat” bu ölkələrə balıq və balıq məhsulları, nərə kürüsü, eləcə də yarımfabrikatlar və konservlər tədarük edəcək.