ManşetSağlıqXəbər xətti

Şura «evdəyəm» kampaniyasına başladı!

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi və həftəsonu günləri üçün tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar #evdəyəm adlı ictimai kampaniyaya başlayır.

Şura bütün QHT-ləri, jurnalistləri və sosial şəbəkə fəallarını bu kampaniyaya qoşulmağa və vətəndaşları Nazirlər Kabinetinin pandemiya ilə bağlı bütün qərarlarını qeyd-şərtsiz yerinə yetirməyə çağırır. Bununla bağlı bütün sosial şəbəkə fəallarını #evdəyəm haştağı ilə vətəndaşları evdən çıxmamağa təşviq edən çağırışlar (status, tvit, foto-video paylaşımlar və s.) etməyə dəvət edirik.