Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı – CƏDVƏL
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.
Bu barədə Aktor.Az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb.
Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.
Yeni hərəkət cədvəlini təqdim edirik.