TəhsilXəbər xətti

İmtahanlarla bağlı AÇIQLAMA

Həftə sonu keçirilən imtahanlar birinci klasterə daxildirsə, onların vaxtı dəyişdirilə bilər.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, digər kalsterlər üzrə isə imtahan vaxtı dəyişdirilməyəcək. Bu barədə sabah daha detallı şəkildə məlumat veriləcək:

“Həftə sonları üçün nəzərdə tutulan məhdudiyyətlər bu dəfə xəritədə narıncı klasterə aid ediləcək. Növbəti həftə bütün ölkəyə aid edilə bilər, bu, epidemioloji vəziyytədən, insanların qaydalara əməl etməsindən asılıdır”.