Ekoloji cəhəddən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.
Bu barədə Aktor.Az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.
Qeyd edilib ki, hər kəs öz velosipedini dayanacaqda ödənişsiz park edə bilər: “Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur”.