Ana SəhifəFotoAzMİU və Poltava Milli Texniki Universitetinin birgə keçirdiyi konfrans yekunlaşıb - FOTO

AzMİU və Poltava Milli Texniki Universitetinin birgə keçirdiyi konfrans yekunlaşıb – FOTO

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Yuri Kondratyuk adına Poltava Politexnik Universitetinin birgə onlayn keçirdiyi “Building innavations – 2020 ” adlı 3-cü konfransı iki gündür davam edir.

Aktor.Az xəbər verir ki, Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Hindistandan 300 iştirakçının qoşulduğu konfransda 157 məruzə dinlənilib.

İyunun 1-də başlayan konfransda hər iki universitetin rektoru, professorlar Gülçöhrə Məmmədova və Vladimir Onişenko təbrik nitqi ilə açılış edib, iştirakçılara və konfransın işinə uğurlar arzulayıblar.

Plenar iclasda AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və Poltava Politexnik Universitetinin professoru Yuri Vinnikovun məruzələri dinlənilib. Qarşılıqlı disskusiya şəraitində davam edən konfrans artıq yekunlaşıb.

 

RELATED ARTICLES

Most Popular