“Ekologiya postu” sökülür
“Ekologiya postu”nun söküntüsünə başlanılıb.Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, söküntü işləri bir həftə ərzində yekunlaşcaqr:
“Hazırda orada müəyyən texniki vasitələrin köçürülməsi işləri gedir. Təxminən bir həftəyə əvvəlki binanın sökülməsi başa çatacaq və yeni bina fəaliyyətə başlayacaq”.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. Sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.