Ölkə başçısı tarixçilərə dərs keçdi – Əli Hüseynli
Prezident İlham Əliyev mayın 28-də “Qobu Park-3” yaşayış kompleksinin açılışında Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemləri yada saldı.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib.
O bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla, həm də tarixçilərə dərs keçdi:
“Ölkə başçısının fikirləri həm tövsiyə, həm də yanlışlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı”.