“Rəşid Behbudovun kürəkəni “Space TV”də bayağılığı təbliğ edir” – VİDEO
“Planet Parni iz Baku” komandasının üzvü, Əməkdar artist Tahir İmanov “Space” telekanalını sərt tənqid edib.Oxu.Az xəbər verir ki, “Instagram”da canlı efir açan T.İmanov sözügedən kanalda yayımlanan verilişlərin səviyyəsinin aşağı olduğunu deyib.
“Sevimli mahnı” verilişi və telekanalda yayımlanan digər proqramlarda bayağı ifaçıların musiqiləri səsləndirilir. Bu, Azərbaycan muğamı, musiqisi, ritmi deyil. Fikirləşdiyiniz 6/8 ritmi deyil. Rəşid Behbudovun həmin ritmdə necə mahnılar oxuduğunu xatırlayın”, – deyə T.İmanov bildirib.
Qeyd edək ki, zaman-zaman bir çox incəsənət nümayəndələri və ictimai xadimlər də “Space TV”də yayımlanan verilişlərin bayağılığı təbliğ etdiyini vurğulayıblar.