İcra başçısı Prezident və birinci xanımın Şamaxıya səfərini şərh edib – VİDEO
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfərə gəliblər.
Aktor.Az xəbər verir ki, dövlət başçısı və birinci xanım Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Şamaxı rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Məmmədov AzTV-yə müsahibəsində səfəri geniş şərh edib.Bundan başqa, o, İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı da açıqlama verib.
T.Məmmədov açıqlamasında hazırda sosial izolyasiya rejimində çalışdıqlarını deyib.
İcra başçısı bildirib ki, digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür:
“O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.