FotoManşetSosialXəbər xətti

Millət vəkili seçicilərini onlayn qəbul edib – FOTO

Millət vəkili Şahin Seyidzadə 50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçicilərinin növbəti onlayn qəbulunu keçirib.

Aktor.Az xəbər verir ki, proseslə bağlı deputat feysbuk səhifəsində paylaşım edib:

“Karantin dövrünün şərtlərini nəzərə alaraq seçicilərimizin müraciətləri əsasında onlayn zənglər ilə bu gün 10 vətəndaşın qəbulunu həyata keçirdik. Abşeron (Qobu, Hökməli, Atyalı qəsəbələri) və Qobustan (Qobustan şəhəri, Təklə Mirzəbaba kəndi) rayonlarından məşğulluq, hüquq, torpaq, idman və sağlamlıq sahələri üzrə müraciət edən seçicilərimiz qəbul edilib. Gün ərzində keçirilən görüşlərdə vətəndaşların müraciət etdiyi mövzular ilkin olaraq dinlənilərək müvafiq sənədlər qəbul edilmiş, növbəti addımlarla bağlı istiqamətlər verilmişdir”.