DiasporİqtisadiyyatManşetXəbər xətti

Gürcüstanda kreditlərə daha üç ay güzəşt olundu

“İşini itirən və dövlətin anti-krizis proqramından istifadə edən bütün vətəndaşların kredit ödənişləri yenə üç ay müddəti ilə uzadılacaq”.

24News.ge xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria deyib.

Baş nazir qeyd edib ki, dünən bank sektorunun nümayəndələri ilə görüş keçirilib və müvafiq qərarlar verilib.

“Krizisin ilk mərhələsində biz bank sektoru ilə birgə qərar verdik və əhalinin kredit ödənişini 3 ay müddəti ilə təxirə saldıq. Bu üç ay artıq keçdi və ikinci mərhələdə biz yenə bir qərar verdik, bu səfər sadəcə işsiz və gəlirsiz qalan vətəndaşların kredit ödənişi yenə 3 ay müddətliyinə təxirə salınacaq”, – deyə baş nazir bildirib.