Ermənistan Cənubi Qafqazda şeytanın quyruğudu – Gürcü tarixçi
“117 il Rusiya imperiyası dövründə ruslar bizə-azərbaycanlılara və gürcülərə deyirdilər ki, biz qardaşıq. Sonra ağdan sonra qırmızı hakimiyyət gəldi. Qırmızı hakimiyyət də yenə bizimlə qardaş olduğunu bildirdi. Sonra biz dövlət müstəqilliyimizi bərpa etmək üçün mübarizəyə qalxanda ruslar bizim üstümüzə tanklar, top və tüfənglərlə gəldilər. Qan axıdıldı, neçə-neçə insanların həyatına qıydılar, neçə gəncin, qocanın həyatı qan gölünə çevrildi. İnsanlar tankların tırtılları altında qaldılar. Belə bir qanlı gün 1990-cı ilin 20 Yanvarında Bakıda baş verdi və 170-dən çox insan həlak oldu. Onlar Azərbaycanın şəhid qəhrəmanları idilər. Onlar Azərbaycanın gələcək müstəqilliyinin əsasını qoydular. Buna görə də Qanlı 20 Yanvar, həmçinin Xocalı soyqırımı Azərbaycan xalqının faciəli günləri sayılır”, GAXA-nın məlumatına görə, bu sözləri gürcü tarixçi, professor Quram Marxuliya EKSKLÜZİV olaraq əməkdar jurnalist Nizami Məmmədzadəyə bildirib.
Marxuliya 1989-cu ilin aprelin 9-da Gürcüstanda da əhaliyə qarşı tanklar və digər hərbi gücdən istifadə olunduğunu bildirib: “Həmin il Rusiya-Moskva sanki özünün tanıdığı xalq ilə deyil, tamam başqa bir xalqa qarşı mübarizə aparırdı. Qırmızı Ordu əsgərləri qadına, qocaya, gəncə və gəlinə güllə atır, öldürür və özlərini elə aparırdılar ki, guya tanımadığı bir xalqa zülm edirdilər.”
Gürcü tarixçi qeyd edib ki, Rusiya belə bir vandalizm hərəkətilə təsdiq etdi ki, biz onun üçün qardaş xalq deyilik: “Nəhayət, biz Azərbaycan və Gürcüstan azadlığa nail olduq və müstəqilliyimizi əldə etdik. Bundan sonra Giorgiyevsk müqaviləsi olmayacaq. Tanklar altında əzilən Azərbaycan və gürcü xalqı həmişə bir olmalıdır ki, keçmişin səhvlərini təkrar etməyək. İndi bizim dövlətlərimiz müstəqil olmalı və biz özgə bir imperiyanın təsiri altına düşməyək. Bizim geosiyasi güclərimiz birləşməlidir ki, biz ərazi bütövlüyümüzü qoruyaq və saxlayaq. Biz geosiyasi ittifaqda birləşməliyik,” Q. Marxuliya bildirib.
Tarix elmləri doktoru, professor Quram Marxuliya gürcü xalqının müstəqillik uğrunda mübarizəsinə də toxunub: “Xalqımız müstəqillik uğrunda mübarizə aparanda Moskva bizə qarşı osetin və abxazları çıxardı. Guya onlar gürcü xalqının müstəqilliyinin bərpasını dayandıracaqlar. Onlar deyirdilər ki, biz bu müstəqilliyi istəmirik. Bu fikirləri əsas götürərək abxaz və osetinlərlə gürcü xalqı arasında müstəqillik uğrunda mübarizə başladı, lakin bu fakt olaraq Rusiya ilə Gürcüstan arasında müharibə idi. Əsrlər boyu abxazlar gürcülərlə birlikdə mehriban qonşu kimi yaşayırdılar. Onların Gürcüstan dövlətinə qarşı heç vaxt mənfi çıxışları olmayıb. Rusiyanın Cənubi Qafqazda görünməsi ilə Abxaz və Osetin xalqları özlərinə Gürcüstan dövlətinin ərazisində başqa bir dövlət yaratmaq istədilər. Buna görə də müharibələr dövründə ermənilər həmişə suyu bulandırır və özlərinin “xüsusi iş”lərini həyata keçirirdilər. Onlar dənizdən-dənizə arzularını xüsusi proqramla tədricən həyata keçirmək arzusu ilə Abxaziyada, Krasnodar diyarında məskunlaşırdılar ki, gələcəkdə Böyük Ermənistan xülyasını həyata keçirə bilsinlər. Doğrudan da onlar özlərinin qara məqsədlərini həyata keçirərək Abxaziyada qadınları, uşaqları, qocaları öldürdülər, hətta kilsə nümayəndələrinə də yazıqları gəlmədi. Onları ailələri ilə birlikdə öldürdülər. Müharibə ölüm saçır. Bu müharibədə öldürülənlər çox olur. Müharibə sülh demək deyil. Lakin onlar silahsız, dinc adamları öldürdülər. Abxaziyada ermənilərin yeganə bir məqsədləri var idi. Burada əsrlərlə yaşamış gürcülərin evlərini zəbt etmək. Artıq Abxaziyada müharibə yoxdur. Bu ərazidə abxazlardan çox ermənilər yaşayır və onlar indi muxtariyyət istəyirlər. Sözsüz ki, bütün bunlar Ermənistanın geosiyasi “istəkləri”dir. Abxaziyada yaşayan ermənilər müxtariyyət haqqında düşünmürlər, lakin Ermənistan onlara başa salır ki, siyasi, iqtisadi, demoqrafik inkişaf üçün artmaq lazımdır. Mən bilmirəm, Yerevanda necə düşünürlər. Lakin Yerevan və Moskva ittifaqı düşünürlər ki, artıq Abxaziyada gürcü və abxazlar demək olar ki, məhv olub. Ona görə, bu regionun gələcəyi hələ müəyyən olunmayıb.”
Gürcü tarixçi bu gün Suxumidə onun xüsusi evində erməni ailəsinin yaşadığını və onun evini zəbt etdiklərini, onlar Q. Marxuliya yaşadığı evin onlara məxsus olduğunu bildirirlər: “Erməni etnik dünyasında elə bir məfhum var ki, onlar haradasa gözəl görünüşlü bir ev və münbit torpaqlar görürlərsə, elan edirlər ki, bu onlarındır. Bütün bu hadisələr əsrlər boyu gürcü xalqının tarixində belə olub. Bu gün isə bunlar bizim gözlərimiz qarşısında baş verir,” alim qeyd edib.
Ermənistan hakimiyyətinin son 25 ildə apardığı siyasətin fəndgirlik, əsas məqamdan uzaqlaşmaq olduğunu deyib. Tarixçi Azərbaycana məxsus tarixi torpaqların Ermənistan tərəfindən işğal olunmasına münasibət bildirib: “ Mən düşünmürəm ki, bu torpaqları Ermənistan işğal edib. Bu tarixi torpaqlar ermənilərin köməyi ilə zəbt edilib. Ermənistan demək olar ki, dövlət deyil. Ermənistan Cənubi Qafqazda şeytanın quyruğudur. Onu kəsmək lazımdır. Sözsüz ki, Yerevanı heç yerdə sayan yoxdur. Qarabağ münaqişəsi Moskvanın köməyi, Rusiyanın təşəbbüsü və dəstəyi ilə baş verib. Rusiyanın razılığı ilə Yerevan heç bir qərar qəbul edə bilməz. Buna görə də Qafqaz uğrunda geosiyasi mübarizə hələ yekunlaşmayıb. Bu istiqamətdə ən böyük rolu Moskva oynayır. Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü ağıllı siyasət isə çox dəqiqdir və o, tələsmədən özünün tarixi torpaqlarını qaytarmağa yönəldilib,” Q. Marxulia bildirib.