Kredit ödənişləri daha 3 aya təxirə salınmalıdır – Nika Melia
Gürcüstanın “Vahid Milli Hərəkat” partiyasının liderlərindən olan Nika Melia, hökumətə müraciət edib.24News.ge xəbər verir ki, Nika Melia, hökumətə ünvanladığı müraciətdə, vətəndaşların kredit borclarının qarşıdakı 3 ay müddətində təxirə salmalarını təklif edib.
“Hər kəs üçün önəmli bir məsələyə toxunmaq istəyirəm. Düşünürəm ki, bu məsələ, hər 10 vətəndaşdan yeddisinə aiddir. İstəyirəm bu məsələ barədə danışam. Bildiyiniz kimi, kredit ödənişlərinə 3 aylıq güzəş tətbiq edilmişdir.
Hakimiyyət vətəndaşlara dedi ki, sizin iş yerlərinizi biz itirdik, iqtisadiyyatı dayandırdıq, sizin bir tikə çörəyiniz yoxdur. Sonra bildirdilər ki, 3 ay banklara getməyin, yəni, borcunuz üçün əsəbləşməyin.
Bu üç ay artıq sona çatır. Hörmətli, oliqarx, milyarder, Bidzina İvanişvili, iyunun əvvəlinə olan məlumatlara görə, hər 10 vətəndaşdan, yeddisinin borcu var. Artıq, məcburi faiz ödənişi etməlidirlər və necə? İş yerlərini bərpa etdiniz? Lakin bilirsiz ki, hər şey, heç vaxt olmadığı qədər dayanıb.
Hansı siyasi partiyanın dəstəkçisi olmaqdan aslı olmayaraq, düşünürəm ki, Gürcü Arzusunun dəstəkçiləri də mənimlə razılaşarlar, kredit ödənişlərinim vaxtı, daha 3 ay müddətində uzadılmalıdır”, – deyə Nika Melia bildirib.
Onun sözlərinə görə, Gürcüstan beynəlxalq tərəfdaşlardan və donor təşəkilatlarından, bank sahəsi üçün, 1,5 milyard vəsait əldə edib və elə bu səbəbdən əhaliyə kömək edilməlidir.