“İrəli” İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib
İrəli” İctimai Birliyi onlayn formatda Hesabat-Seçki konfransı keçirib.Təşkilatdan Aktor.Az-a verilən məlumata görə, 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda ilk olaraq “İrəli” İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir. Hesabat dövrü ərzində “İrəli” İB-nin vətənpərvərlik, dövlətçilik və azərbaycançılığın təbliği üzrə onlarla müxtəlif layihə çərçivəsində 22600-dən artıq gənci əhatə etdiyi vurğulanıb. Qeyd olunub ki, yeni növ koronovirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən “İrəli” İB online formatda 3 iri silsiləli layihə həyata keçirib və hazırkı hesabat-seçki konfransı da bu onlayn fəaliyyətin bir təzahürüdür.
Hesabat məruzəsindən sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesinə başlanılıb. İdarə Heyətinə üzvlər təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə İctimai Birliyin İdarə Heyətinin yeni sədri seçilib.
Göstərilən yüksək etimada görə “İrəli” kollektivinə təşəkkür edən Şahin Rəhmanlı daim gənclərin yanında olacağını, bundan sonra da peşəkar komanda ilə İctimai Birliyin uğurları üçün çalışacağını bildirib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, elmi potensialını səmərəli şəkildə reallaşdırmalarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir, ölkəmizin dayanıqlı inkişafını şərtləndirir. Qeyd olunub ki, bu yaxınlarda dövlət başçısının müvafiq sərəncamı “İrəli” İB İdarə Heyətinin sabiq sədri MirHəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması “İrəli” İctimai Birliyinin və dolayısı ilə bütün gənclərin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bu qiymət və diqqətə görə ölkə başçısına “İrəli” üzvləri adından minnətdarlığını bildirən Şahin Rəhmanlı vətənpərvər ölkə gənclərini ictimai fəallığa, təşəbbüskarlığa, sağlam həyat tərzi keçirməyə və daim dövlətçiliyimizin keşiyində durmağa səsləyib.
Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, YAP Gənclər Birliyinin Sədri Seymur Orucov, AR Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək “İrəli” İctimai Birliyinin bugünə kimi olan uğurlu fəaliyyətindən bəhs ediblər. Eyni zamanda “İrəli” İB-nin yeni sədri Şahin Rəhmanlını təbrik edib, birliyin bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı MirHəsən Seyidov “İrəli” İB-nin daim ölkəmizin maraqlarını ön planda saxladığını, gənclərə düzgün istiqamət göstərərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışdığını vurğulayıb. Yeni İdarə Heyəti və təşkilatın sədri Şahin Rəhmanlını təbrik edən M.Seyidov təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Sonda “İrəli” İB-nin üzvləri təşkilatın işində fəal iştirak etməyə, “İrəli”nin dəyər və prinsiplərini fəal təbliğ etməyə çağırılıblar.
təbliğ etməyə çağırılıblar.