“Birgə Fəaliyyət Platforması” adlı layihənin təqdimatı keçirilib-FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin birgə fəaliyyəti ilə həyata keçirilən “Birgə Fəaliyyət Platforması” adlı layihənin təqdimatı keçirilib.
Aktor.Az-ın məlumatına görə, dövlət gənclər siyasətinin həyata keçirilməsində əldə edilən uğurları diqqətə çatdıran “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyinin sədri Yusif Ağayev qeyd edib ki, əldə edilən nailiyyətlərin əsasında ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyası dayanır. O, ölkə gənclərinə göstərilən diqqət və qayğını Azərbaycan Respublikasında dövlət siyasətinin vacib tərkib hissəsini təşkil etdiyini vurğulayın.
Onun sözlərinə görə, icra olunan layihə informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə gənclər üçün yeni asan imkanlar yaradır. “Birgə Fəaliyyət Platforması” www.bfp.az adlanan layihə gənclər təşkilatı üzvlərinin birgə fəaliyyətini təmin edəcək vahid veb platformanın yaradılmasını əhatə edir. Layihə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə gənclər təşkilatı üzvlərinin fəaliyyətinin səmərəlilik göstəricisinin yüksəldilməsi, e-dövlət idarəçiliyi mexanizmlərindən istifadə imkanlarını artırmaq, həmçinin e-hökumət institutunun və elektron xidmətlərin gənclər təşkilatı üzvləri arasında təbliğ olunmasını əhatə edir.
Daha sonra vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar tədqiqat aparan, eyni zamanda bu sahədə nəzəri və praktik biliklərə malik olan ekspertlər çıxış edərək layihə barədə fikirlərini bölüşüblər. Çıxış edən professor Namiq Axundov, siyasi elmlər doktoru Ziyafət Həbibova, iqtisad üzrə fəlsəfə doktoru, dosent İbrahimxəlil İbrahimov, “Dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyaları” kafedrasının müdiri Elçin Abbasov, İKT üzrə ekspertlər Ədalət Mahmudov, Səbinə Bəşirova, Şəhla Şirinova, Cahangir Cahangirli və digərləri layihənin önəmi və aktuallığı barədə danışmış, gələcək naminə İKT-nin əhəmiyyəti, gənclərin ictimai fəaliyyətində İKT-nın rolu, gənclərin sosial fəaliyyətlərinin effektiv idarəedilməsində İKT-nin əhəmiyyəti barədə geniş məlumat vermiş, bu sahədə uğurlu dövlət strategiyasının nəticələri barədə fikirlərini bölüşmüşlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin birgə fəaliyyəti ilə həyata keçirilən layihə barədə fikirlərini bildirən natiqlər qeyd ediblər ki, gənclər təşklatı üzvlərinin birgə fəaliyyətini təmin edəcək vahid veb platformanın yaradılması dövlət, QHT və özəl sektorun birgə iş birliyinin uğurlu nümunəsidir. Eyni zamanda gənclər təşklatı üzvlərinin bütün sahələr üzrə fəaliyyətini işıqlandırmaq, məlumatları və yenilikləri gənclər təşklatı üzvlərinin hər birinə çatdırmaq, onların rifahına yönəldilmiş yeni informasiya resurlarını yaratmağı əhatə etməsi çox əhəmiyyətlidir.
Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilmiş, tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etmişdir.