İranın OPEC-dəki nümayəndəsi vəfat edib
İranın Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili 68 yaşinda dünyasını dəyişib.Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, Hüseyn Kazımpur Ərdəbili may ayının əvvəlində beyin qansızması səbəbiylə komaya düşüb.
H.K.Ərdəbili 1980-ci illərdə xarici işlər nazirinin müavini, eyni zamanda neft nazirinin müavini vəzifələrini tutub. 1990-1995-ci illərdə İranın Yaponiyadakı səfiri olub, bundan sonra İranın OPEK-dəki nümayəndəsi təyin edilib.