QHT Şurası beynəlxalq videokonfrans keçirdi – 11 ölkə birgə bəyanat imzaladı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə təşkil etdiyi “Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində mayın 13-də “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib.
Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar, dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi, həmrəyliyin daha da artırılması ilə bağlı müzakirələr aparılıb, çıxışlar dinlənilib.
Şuranın katibi Nərgiz Xələfin moderatorluğu ilə keçirilən beynəlxalq videokonfransın sonunda yerli və xarici QHT-lər birgə bəyanat qəbul ediblər.
Videokonfransa bu linkdən canlı baxa bilərsiniz.