3 saylı şəhər klinik xəstəxanası müvəqqəti bağlandı – RƏSMİ AÇIQLAMA
Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.Bu barədə sosial şəbəkələrdə yazılıb.
Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb.
“Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir. Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb.
“Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”, – deyə Rəvanə Əliyeva bildirib.
Rəvanə Əliyeva