Sosial yardımın təyini üçün bu şərt tələb olunacaq
Sosial yardımın təyin olunması və ya məbləğinin dəyişdirilməsi üçün ailənin tərkibi, əmlakı və gəliri haqqında məlumat veriləcək.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 10-cu maddəsinin ( Sosial yardım almaq hüququna yenidən baxılması) 10.1-ci bəndinə dəyişiklik edilir.
Dəyişikliklə sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
Qanunun mövcud varinatında isə sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.