GündəmManşetSağlıqSiyasətXəbər xətti

Şura “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə keçirdiyi “Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində 13 may 2020-ci il, saat 16:00-da “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans təşkil ediləcək.


https://us02web.zoom.us/j/85642624489

Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya və Yunanıstanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edəcəyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar və dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi müzakirə ediləcək, həmrəyliyin daha da artırılması ilə bağlı çıxışlar ediləcək.

Şuranın katibi Nərgiz Xələfin moderatorluğu ilə keçiriləcək beynəlxalq videokonfrans Şuranın feyzbuk səhifəsində canlı yayımlanacaq.

Qeyd edək ki, videokonfransın işçi dili ingilis dili olacaq.