ManşetMediaSağlıqXəbər xətti

Koronavirusdan ölən jurnalistlərin sayı 67 oldu – Müşfiq Ələsgərli

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İtifaqının sədri Müşfiq Ələsgərli dünyada koronavirusa yoluxan jurnalistlərlə bağlı faktlar paylaşıb. 

Aktor.Az M.Ələsgərlinin şəxsi Facebook hesabında payaşdığı faciəni əks etdirən faktları diqqətinizə çatdırır:

“Dünyada COVİD-19-a yoluxub həyatlarını itirən jurnalistlərin sayı 67-yə çatıb. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın olub. Beynəlxalq təşkilatların hesabatlarına görə (PEC, İFJ və b), jurnalistlərin yoluxma və ölüm halları təqribən 25 ölkə ərazisini əhatə edir. Yüksək rəqəm – 9 jurnalistin ölümü ilə Ekvadorda qeydə alnsa da, siyahıda ABŞ, Britaniya, Rusiya kimi məşhur dövlətlər də yer tutur. Hesabat müəllifləri ehtimal edirlər ki, rəqəmlər daha yüksək ola bilərlər: “Çünki COVID-19 böhranı dövründə səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, jurnalistlər də zəruri işçilər kimi öndə oldular. Sadəcə, bəzi jurnalistlər yoluxma ilə əlaqəli testdən keçmədən öldülər. Digər tərəfdən isə, yalnız tanınmış, məşhur jurnalistlərin ölümləri elan edildi”.

Pandemiya qurbanı olan həmkarlarımıza rəhmət diləməklə yanaşı, vurğulayaq ki, Azərbaycanın adı qeyd edilən siyahıda yer almır.